Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Nöqsanlara görə 40-dan çox bağçanın müdiri işdən çıxarılıb
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri davam etdirilir.
Dövlət Agentliyindən Oxu.Az-a verilən xəbərə görə, vətəndaş və valideyn müraciətləri əsasında bir sıra məktəbəqədər təhsil müəssisələrində aparılan yoxlama-nəzarət tədbirləri zamanı aşağıdakı nöqsanlar aşkar edilib:
-təşkilati-sənədləşmə işlərinin,
-uşaqların qidalanması prosesinin təşkilinin müəyyən məqamlarda düzgün aparılmaması;
-davamiyyətin aşağı olması;
-prosesə nəzarətin düzgün təşkil edilməməsi;
-uşaqların qeydiyyatı üçün nəzərdə tutulan portaldan kənar azyaşlıların təlim-tədrisə cəlb edilməsi.
Aşkar edilən nöqsanlar nəticəsində ölkə üzrə ümumilikdə 43 bağça müdiri işdən azad edilib.
Qeyd edək ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir.
"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA)" teqi üzrə xəbərlər
- Sentyabrdan məktəblərdə kağız jurnallardan istifadə dayandırıla bilər
- Regional Təhsil İdarələrinə yeni müdir müavinləri təyin olunublar
- Regional təhsil idarələrinə yeni müdirlər təyin olunublar
- Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar olub
- Buraxılış imtahanından "iki" alanlara attestat veriləcək?