Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Növbəti iki gündə bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Bəzi şimal və qərb rayonlarında aprelin 25-də, dağlıq ərazilərdə isə aprelin 26-da gündüz hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki) yağıntının arabir intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
"Milli Hidrometeorologiya Xidməti" teqi üzrə xəbərlər
Ən çox oxunanlar