Oğuzda güclü külək bir sıra fəsadlar törədib.
APA-nın məlumatına görə, dekabrın 26-ı gündüz saatlarından Oğuz rayon ərazisində küləkli hava şəraiti höküm sürür.
Güclü külək Oğuz rayonunun mərkəzində bir sıra fəsadlara səbəb olub. Oğuz şəhəri Səməd Vurğun küçəsində 150 sakinin yaşadığı dördmərtəbəli binanın dam örtüyü uçub, Oğuz şəhərinin girişində yol boyu bir neçə elektrik dirəyi yıxılıb.
Bəzi ərazilərə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda rayon ərazisində küləkli hava davam edir.




26.12.2023, 19:44
Oğuzda güclü külək irigövdəli ağacı park ərazisinə aşırıb.
“Report”un məlumatına görə, hadisə axşam saatlarında veteranlar parkının həyətində qeydə alınıb.
Nəticədə parkdakı söhbətgahın dam örtüyünə ziyan dəyib.
Qeyd edək ki, hazırda rayon ərazisində güclü külək əsir.
