Cəmi bir neçə ay ərzində dünyada hər şey dəyişdi: iri korporasiyalar, kiçik və orta müəssisələr öz strategiyalarını yenidən nəzərdən keçirdilər, biznesin inkişafı və təşviqi alətləri arasında isə onlayn satış lider oldu. Yeni reallıqda necə və hansı istiqamətdə hərəkət etmək lazım olduğunu biz “Brandonline” platforması üzərində təhlil edəcəyik.
“Brandonline” biznesin inkişafı və idarə olunması üçün proqram təminatı işləyib hazırlayan “Cubics” şirkətinin yaratdığı ən son texnologiyadır. O, məhsulların tam kataloqu və təsviri ilə sadə və eyni zamanda, funksional onlayn mağaza yaratmaq, nağdsız ödəniş etmək, Android və iOS əməliyyat sistemləri üzərindən Push və SMS-bildirişlər vasitəsilə reklam kampaniyaları haqqında məlumat göndərmək üçün platformanı ehtiva edir. Bu isə proqram tərtibatçıları tərəfindən təklif edilənlərin yalnız kiçik bir hissəsidir!
Brandonline şirkətinin Müştərilər siyahısına daim yeni şirkətlər əlavə olunur, yeni qoşulan şirkətlər arasında “Technol”, “Cigar shop”, “Alligullu”, “Playroom” və “Gamezone” kimi brendlərin adlarını çəkmək olar. Onlayn formata keçən şirkətlər sayının nəzərəçarpan artımı heç də təsadüfi deyil.
COVID-19 pandemiyası və nəticədə, uzunmüddətli karantin adi istehlak səbətindən tutmuş, satış sahələrinə kimi bütün istiqamətlərdə əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Alıcıların davranışı dəyişib: hal-hazırda şəbəkədə aparılan axtarış əksər hallarda satınalma ilə nəticələnir, müştərilər daha çox vaxtlarını veb-saytlarda keçirirlər.
“Yalnız ilkin zərurət malları onlayn satın alınır” fikri artıq keçmişdə qalıb. Bunu elektronika, məişət texnikası, ev üçün dekor, tekstil və bir çox digər sahələrdə layihələrin artması göstərir. Amma bütün bunlar karantin şəraitində ilk növbədə lazım ola biləcək malları təşkil etmir.
İndi internet marketinqinizi canlandırmağın əsl vaxtıdır, əgər siz artıq bunu etməmisinizsə. Həmçinin bu iş üçün böyük səy tələb olunmur!
“Brandonline” texnologiyası haqqında daha ətraflı məlumatı www.brandonline.az veb-saytından və ya (+994 12) 480 15 74 telefonuna müraciət edərək, əldə edə bilərsiniz.