Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Oqtay Gülalıyevi süni nəfəs aparatından ayırıblar
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin son durumu açıqlanıb.
Hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev sosial şəbəkə hesabında bildirib ki, atasının durumu hələ də ağırdır:
“Süni nəfəs aparatından ayrılmasına baxmayaraq, koma vəziyyətindədir. Həkimlər tezliklə ayılacağına dair söz deməyiblər. Daxili orqanlarında heç bir zərər olmadığı üçün özünün nəfəs alması normaldır. Əsas baş nahiyəsində olan ağır zədələrdir. Bununla bağlı heç bir irəliləyiş yoxdur”.
Qeyd edək ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.
Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib.
Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb. Ailəsinin müraciəti nəzərə alınaraq, koma vəziyyətində olan Oqtay Gülalıyevin müalicəsinə dəstək baxımından xaricdən mütəxəssislər cəlb olunub.
İstanbuldan dəvət olunmuş həkim Oqtay Gülalıyevin vəziyyəti ilə yerində tanış olub. Ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, onun Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb.
Oqtay Gülalıyevin səhhəti ilə bağlı bundan sonra da yaranan bütün zəruri məsələlərin Heydər Əliyev Fondunun prezidentinin nəzarətində saxlanılacağı və müvafiq dəstəyin göstəriləcəyi bildirilib.
O, noyabrın 6-da səhər saatlarında xüsusi ambulans təyyarə ilə İstanbula yola salınıb və orada Avrasiya Xəstəxanasına yerləşdirilib.
Rəylər