Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ordubadda bir ailənin üç üzvü qəzada xəsarət alıb - VİDEO
Ordubadda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə rayonun Düylün kəndi yaxınlığında qeydə alınıb.
1957-ci il təvəllüdlü Mehdi Ramazan oğlu Bağırovun idarə etdiyi “Hyundai” markalı avtomobil yoldan çıxaraq Düylün çayına aşıb. Hadisə nəticəsində sürücü ilə birlikdə avtomobildə olan bir ailənin üç üzvü - 1965-ci il təvəllüdlü Cəlil Salman oğlu Salmanov, 1966-cı il təvəllüdlü Mailə Alı qızı Salmanova və 1992-ci il təvəllüdlü Toğrul Cəlil oğlu Salmanov xəsarət alıblar.
Xəsarət alanların dördü də Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Rəylər