Martın 27-də Kür çayının Xəzər dənizinə qovuşan hissəsində gəmidən yıxılaraq batan şəxsin axtarışları davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfərin batması barədə məlumat daxil olduqdan sonra Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib və vətəndaşın axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək.
A.S.
www.oxu.az