Azərbaycan mediasında özünəməxsus yeri olan Oxu.Az xəbər saytı bu gün 4 yaşını qeyd edir.
Oxu.Az düzgün seçilmiş informasiya siyasəti nəticəsində Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən müxtəlif oxucu auditoriyalarına xitab edən xəbər portallarından birinə çevrilib.
Hər ay bir milyondan çox oxucu regionda və dünyada baş verən yerli və xarici informasiyalardan Oxu.Az vasitəsilə xəbərdar olur.
Əlbəttə, geniş oxucu auditoriyasına malik olması Oxu.Az-ın məsuliyyətini bir qədər də artırır, komanda hər bir xəbərin hazırlanmasına daha diqqətlə yanaşır, hər bir detalı təkrar-təkrar yoxlayaraq, ən doğru və dəqiq informasiyanı oxucularına çatdırmaq üçün çalışır.
Qarşıda planlarımız çoxdur, auditoriyamız üçün maraqlı foto-layihələr, cəmiyyətin müxtəlif təbəqələrindən insanlarla maraqlı müsahibələr və bu kimi sürprizlərlə Sizinlə olacağıq!
Bizimlə qalın, əziz OXUcular!
S.B.
www.oxu.az