Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Pakistanlı ailəni qəzaya salan "Prius" sürücüsünə hökm oxundu
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən Ayxan Cəfərovun Kürdəmir Rayon Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Cəfərov 5 il 3 ay azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il baş verib. Göygöl rayon sakini, 1991-ci il təvəllüdlü Ayxan Cəfərov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində idarəetməni itirərək eyni hərəkət zolağında hərəkətdə olan "Toyota Corolla" markalı avtomobilə çırpılıb, yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində "Prius"da olan Pakistan vətəndaşı, 1975-ci il təvəllüdlü Bəşir Malik Xan Kamran hadisə yerində ölüb, onun həyat yoldaşı, 1990-cı il təvəllüdlü Raviya Amin Pakistani və oğlu, 2018-ci il təvəllüdlü Zami Ali Kamran xəsarət alıblar.
Aqil Vəlili
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda avtomobil "Baku Bus"la TOQQUŞDU: Nəqliyyatın hərəkəti çətinləşdi - TƏFƏRRÜAT
- Bakıda sərnişin avtobusunun iştirakı ilə AĞIR QƏZA
- Bakıda ağır QƏZA: Taksi skuterlə toqquşdu, yeniyetmə öldü
- Salyan sakini Rusiyada faciəli şəkildə öldü
- Bakıda DƏHŞƏTLİ qəzanın ANBAAN VİDEOSU: Özünü avtomobilin önünə atdı