Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Partiya sədrləri Ağdamda ermənilərin dağıtdıqları Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, siyasi partiyaların rəhbərləri və bir sıra politoloqlar işğaldan azad olunmuş Ağdam rayonunda səfərdədirlər.
“Report” xəbər verir ki, siyasi partiya rəhbərləri və politoloqlar əvvəlcə rayonun Yuxarı Qərvənd kəndində Kümbəz restoranının hazırkı vəziyyəti ilə tanış olub, Uzundərə ərazisində yerləşən işğal zamanı erməni vandallarının dağıtdıqları İkinci Şəhidlər xiyabanının dağıntılarına baxıblar.
Bildirilib ki, vaxtilə burada 1 000-dən çox şəhid dəfn edilib. Lakin indi həmin məzarlıqdan əsər-əlamət qalmayıb.
Yolboyu hərbi istehkamların olduğu ərazilərlə tanış olan səfər iştirakçılarına həmin qurğuların mürəkkəbliyi barədə məlumat verilib.
Qeyd edək ki, nümayəndə heyətini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edir.
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənistanın zenit-raket kompleksi necə məhv edilmişdi? - Havada vurulan texnikadan GÖRÜNTÜLƏR
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb
Rəylər