Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Paylayıcı Şəbəkələrin gənc mütəxəssislərinin Peşə Ustalığı" yarışının qalibləri bəlli oldu
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş "Paylayıcı Şəbəkələrin gənc mütəxəssislərinin Peşə Ustalığı" yarışının ikinci günündə "Azərişıq" ASC-nin tabeli qurumlarında yaradılan xilasetmə dəstələri tərəfindən müxtəlif hadisələr zamanı davranış qaydalarının qalibləri elan olunub.
Oxu.Az-ın Hadruta ezam olunmuş müxbiri xəbər verir ki, münsiflər heyətinin qərarı ilə A, B, C və D variantları üzrə müvafiq olaraq "Naxçıvan", "Cənub", "Qarabağ" və "Mərkəzi Aran" komandaları finala yüksəliblər.
Yarışın ikinci günündə "Qarabağ" komandası birinci yerə, "Mərkəzi Aran" komandası ikinci yerə, "Cənub" komandası isə üçüncü yerə layiq görülüb. İlk üç yeri tutan komandalara mükafatlar təqdim olunub.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş "Paylayıcı Şəbəkələrin gənc mütəxəssislərinin Peşə Ustalığı" yarışının ikinci günündə "Azərişıq" ASC-nin tabeli qurumlarında yaradılan xilasetmə dəstələri tərəfindən müxtəlif hadisələr zamanı davranış qaydaları nümayiş etdirilir.
Oxu.Az xəbər verir ki, Hadrutda keçirilən yarışda iştirakçılar dörd hadisə üzrə bilik və bacarıqlarını nümayiş etdirirlər.
Sözügedən hadisələr A, B, C və D variantları olaraq adlandırılıb.
A variantı - Gərginlik altına düşmüş şəxsin təhlükəli ərazidən təxliyəsini "Qız qalası", "Şirvanşahlar", "Odlar yurdu" və "Naxçıvan" komandaları nümayiş etdirirlər.
B variantı - Odsöndürmə balonlarından istifadə və yanğının söndürülməsi texnikası "Xaçmaz", "Qarabağ" və "Aran" komandaları tərəfindən nümayiş etdirilir.
C variantı - Zərərçəkən şəxsə süni nəfəsin verilməsi və ürəyin masajını "Qərb", "Cənub" və "Şimal-qərb" komandaları nümayiş etdirirlər.
D variantı - Fərdi mühafizə vasitələrindən istifadə qaydaları "Şirvan", "Sumqayıt" və "Mərkəzi Aran" komandaları tərəfindən nümayiş etdirilir.
Aygün Mirakif