Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində, dəmir yoluna yaxın tikilmiş evlərin söküləcəyi bildirilir.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər ərazinin plana düşəcəyini deyirlər.
Paytaxtda dəmir yolunun ətrafında tikilmiş bəzi evlər sökülə bilər: Layihələndirmə işləri aparılır - VİDEO
Amma onlar evlərin nə vaxt və hansı şərtlərlə söküləcəyi barədə məlumata malik olmadıqlarını bildiriblər.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən isə bildirilib ki, hazırda ərazi üzrə layihələndirmə işləri aparılır.