İki gəncin boruda sıxışıb qalan pişik balasını xilas etdiyi əks olunan video sosial şəbəkələrdə paylaşıldıqdan sonra məhşurlaşıb.
Oxu.Az xəbər verir ki, videonu Orxan Bəşirov adlı facebook istifadəşisi öz səhifəsində paylaşıb.
“Pişik balası borudan çıxa bilmirdi və çox ac idi. Qardaşımla birgə onu xilas etdik və yedizdirdik, hazırda o, yaxşıdır”, - deyə o öz səhifəsində yazıb.
İ.N.
www.oxu.az