Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
2. 20 Yanvar dairəsində;
3. 1-ci Gölkənarı yol, Ziya Bünyadov prospekti istiqamətində;
4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
7. Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. Binəqədi şosesi, metronun "Azadlıq Prospekti" stansiyası istiqamətində;
9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
10. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.