Son günlər vətəndaşların pensiya kapitallarında müşahidə olunan dəyişikliklər narahatlığa səbəb olub.
Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı çoxsaylı paylaşımlar edilib.
Vətəndaşlardan biri pensiya kapitalında 16 500 manatadək azalma olduğunu bildirib. O qeyd edib ki, əmək müqaviləsinə 2022-ci ildə deyil, yaşla əlaqədar 2025-ci ildə xitam verilib. Lakin 2023, 2024 və 2025-ci illər üzrə əməkhaqqı məlumatları şəxsi kabinetdəki cədvəldə əks olunmayıb.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha əvvəl açıqlama yayaraq, dəyişikliyin müvəqqəti olduğunu və narahatlığa əsas olmadığını bildirib.
Qeyd olunub ki, vəziyyət cari ilin III rübü üzrə işəgötürənlər tərəfindən təqdim edilən sosial sığorta haqlarına dair hesabatların elektron sistemdə emalı prosesi ilə əlaqədardır.
Emal prosesinin oktyabrın 11-i saat 17:00-dək başa çatdırılmasının gözlənildiyi bildirilsə də, oktyabrın 12-də də vətəndaşlar eyni problemlə üzləşdiklərini qeyd edirlər.
Oxu.Az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, emalı prosesi yekunlaşıb:
"myGov"a inteqrasiya prosesində vətəndaşlar nəticəni görəcəklər".