İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin 6 ildən 4 ilə endirilməsi təklif edilir.
Oxu.Az Xəzər TV-yə istinadla xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, işləyən vətəndaşların pensiya məbləği altı ildən bir artırılır. Bu səbəbdən 2026-cı ildə pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirərək altı illik müddəti tamamlayan şəxslərin pensiyaları topladıqları əlavə pensiya kapitalına uyğun olaraq yenidən hesablanacaq.
Deputatın sözlərinə görə, Milli Məclisdə aparılan müzakirələr zamanı səsləndirilən təkliflərdən biri də bu müddətin 6 ildən 4 ilə endirilməsidir.
Digər pensiyaçılara gəldikdə isə onların pensiyalarının artımı fərqli mexanizm əsasında həyata keçirilir. Əmək pensiyaları hər il orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir.