Yasamal rayonu, Kənar Dairəvi yol ilə Nazim Hikmət küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.
Qeyd olunub ki, qəza səbəbindən Yeni Yasamal istiqamətində sıxlıq yaranıb.