Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika cərimələndi
Bakıda lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji) ilə məşğul olan "VMR Medical Center" MMC ilə bağlı məhkəmə qərar verib.
Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən Nərimanov rayonunda fəaliyyət göstərən "VMR Medical Center" MMC-də yoxlama aparılıb.
Aparılan yoxlama zamanı "VMR Medical Center"də lisenziya olmadan kosmetoloji fəaliyyətlə məşğul olma faktı aşkar olunub.
MMC-nin baş direktoru və qanuni təmsilçisi Həsənov Vüsal Şükür oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə "VMR Medical Center" MMC-nin baş direktoru İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 20 min manat məbləğində cərimə olunub.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Sabunçu Tibb Mərkəzində uzun növbələr yaşanır - ŞİKAYƏT
- Səhiyyə Nazirliyi tərəfindən Cəbrayılda ikigünlük oftalmoloji səyyar müayinələr keçirilir
- İki ay ərzində altı özəl stomatoloji müəssisədə nöqsanlar AŞKARLANIB
- Ramiq Quliyev: "Nadir xəstəliklərlə bağlı elmi məqalələrin sayı çox azdır"
- Apteklərdə satışda niyə yalnız elektron termometrlər var?