Media nümayəndələri, deputatlar, QHT rəhbərləri Ağdamda bir neçə dağıdılmış məqbərə ilə tanış olublar.
Oxu.Az-ın müxbiri xəbər verir ki, Pənahəli xanın, İbrahimxəlil xanın və Mehdiqulu xanın məqbərələri ilə tanışlıq olub.
Eyni zamanda Xurşidbanu Natəvanın da dağıdılmış məqbərəsinə baxış olub.
Bu ərazilərdə vaxtı ilə X.Natəvanın şəxsən əkdiyi çinar ağacları olub.
Ancaq işğal müddətində həmin çinar ağaclarının hamısı məhv edilib.
Aqşin Kərimov