Şimal-qərb bölgəsində fındıqçılıq əsas məşğuliyyət növlərindən biridir. Artıq bağlarda məhsul yığımına başlanılıb.
Qaxın Turaclı kənd sakinləri bildiriblər ki, bu il havaların qeyri-sabit keçməsi məhsuldarlığın xeyli aşağı düşməsinə səbəb olub.
"Hər il 4 tona yaxın fındıq yığırdıq. Bu il dolu məhsulumuzu məhv etdi, mənə 8-9 min manat ziyan vurdu", - deyə fermer Ceyhun Rəcəbov söyləyib.
Fermer Cuma Rəcəbov isə bunları deyib: "Məhsuldarlıq az olduğuna görə, istədiyimiz məbləği ala bilmirik, fəhləni düzgün işlədə bilmirik. Ancaq özümüz yığırıq ki, dolana bilək".
Ətraflı Baku TV-nin süjetində:
Şimal-qərb bölgəsində fındıqçılıq əsas məşğuliyyət növlərindən biridir. Artıq bağlarda məhsul yığımına başlanılıb.
Rəylər