Mayın 31-də Araz çayının İmişli rayon hissəsindən keçən hissəsində batmış şəxslərin meyitləri bu gün tapılıb.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, cəsədlərdən biri batdığı yerdən 20 km aralıda tapılıb. Meyit körpüyə ilişibmiş. Digər cəsəd isə batdığı yerdən 80 metr aralıda suyun üzünə çıxıb. Ehtimal olunur ki, onlar suda çimərkən boğulublar.
Xatırladaq ki, mayın 31-də əslən İmişli rayonundan olan Bakı sakini, 1981-ci il təvəllüdlü Şıxəliyev Eldəniz Adəm oğlu və onun dostu - 1984-cü il təvəllüdlü Ağdam sakini Məmmədov Anar Gülağa oğlu mayın 31-də Eldəniz Şıxəliyevin İmişlidə yaşayan qayınatasıgilə istirahət etməyə gediblər.
Dostlar daha sonra Araz çayının İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində balıq tutmağa yollanıblar. Bundan sonra onlardan xəbər çıxmayıb. FHN-in dalğıc xilsedicilərinin iki günlük gərgin axtarışları isə bu gün öz bəhrəsini verib.
www.oxu.az