AZAL Bakı-Qroznı reysində olan sərnişinlərin ailə üzvləri üçün qaynar xətt yaradıb.
Oxu.Az Azərbaycan Hava Yollarının (AZAL) Mətbuat Xidmətinin məlumatına istinadən bildirir ki, vətəndaşlar (+994) 12 5048280, (+994) 12 5048202, (+994) 12 5048203 nömrələri vasitəsilə əlaqə saxlaya bilərlər.
Qazaxıstanda Aktauda qəzaya uğrayan "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin "Embraer 190" təyyarəsində xəsarət alanlar və həlak olanlar haqqında məlumat almaq üçün qaynar xətlər açıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.
Bildirilib ki, qurumun Komanda Mərkəzində respublika əməliyyat qərargahı yaradılıb və burada qaynar xətt telefonu işləyir: 8-7172-55-96-21.
Aktau şəhərində: 8-7292-31-90-91.
