Ağstafa rayonunun Aşağı Göycəli kəndində yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
“Report”un məlumatına görə, VAZ və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü S.Məmmədova, 1989-cu il təvəllüdlü Ş.Məmmədova, 2016-cı il təvəllüdlü T.Məmmədov, 2013-cü il təvəllüdlü C.Məmmədov, 1984-cü il təvəllüdlü C.Məmmədov və 1982-ci il təvəllüdlü V.Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, hadisə yerinə çağırılmış təcili tibbi yardım maşını da digər minik avtomobili ilə toqquşub. Bu səbəbdən əraziyə növbəti təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alanlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
16:59
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub və üç nəfər xəsarət alıb.
Həmin şəxsləri xəstəxanaya aparan təcili tibbi yardım avtomobili Ağstafa şəhərində Bayraq Meydanının qarşısında qəzaya düşüb.
Nəticədə yaralılar başqa təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət