Quba rayonunda iki nəfər göldə boğularaq ölüb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a daxil olan məlumata görə, hadisə martın 5-də baş verib.
Belə ki, Quba rayon sakinləri Süleyman Gülmalıyev və Məhərrəm Rəhimov Saatlı rayonunun Sımadakənd kəndində çoban olduqları fermanın yaxınlığındakı gölə düşərək boğulublar.
Araşdırma aparılır.
E.Ə.
www.oxu.az