Quba rayonunda oğurluq hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, oğurluq hadisəsi rayonun Zərdabi qəsəbəsində, Azad Ağayevə məxsus marketdə qeydə alınıb.
Qəsəbə sakininin mağazasına girən şəxs və ya şəxslər oradan 500 manata qədər nağd pulu və 2500 manata kimi kontur, siqaret və müxtəlif ərzaq məhsullarını götürüblər.
Ümumilkdə isə mağaza sahibinə 3000 manata qədər ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.