Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qusara qar yağıb, Zərdaba isə dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB
Mayın 5-i saat 20:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Qəbələ, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Şəki, Zaqatala, Altıağac, Xınalıq, Ağdam, Tərtər, Mingəçevir, Göyçay, Kürdəmir, Lənkəran, Goranboy, Naftalan, Daşkəsən, Ağcabədi, İsmayıllı, Şamaxı, Ağsu, Sabirabad, Cəfərxan, Yevlaxda arabir leysan xarakterli yağış, Şahdağda isə qar yağıb.
Zərdab rayonunun Allahqulubağı və Əliyarlı kəndinə saat 19:30-19:37 radələrində diametri 0.8-1.0 mm olan dolu düşüb.
09:50
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu 20 dərəcə istidir, cənub-şərq küləyi əsir, küləyin sürəti 13 metr/saniyədir.
Saat 11:00-13:00 radələrində bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, ehtimal olunur. Cənub-şərq küləyinin 15-17 metr/saniyəyə çatacağı, havanın temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir.
"Şəki" teqi üzrə xəbərlər
- Azərbaycanda 15 yaşlı qızına qarşı əxlaqsız hərəkət edən 51 yaşlı ataya cəza verildi
- Şəkidə III minilliyə aid insan qalıqlarının nümayiş olunduğu muzey - "Labirint"dən FOTOREPORTAJ
- Şəkidə 14 yaşlı oğlanın intiharının TƏFƏRRÜATI
- Azərbaycanda iş adamı qəfil vəfat etdi
- Şəkidə yük maşını piyadanı vuraraq öldürüb