Göygöl rayon icra hakimiyyətinin başçısı Arif Seyidov Azərbaycan ordusunun zabiti Ramil Səfərova yaşayış evinin inşası üçün torpaq sahəsi ayırmaqdan imtina edib.
Oxu.Az Avropa.info-ya istinadən xəbər verir ki, bu barədə “Bizim Yol”u bilgiləndirən mənbənin sözlərinə görə, bu günlərdə Göygöl rayonuna istirahətə gedən zabitimiz özünə yay evi tikmək üçün rayonun Çaykənd, Aşıqlı, Yeni Zod kəndlərindən birində ona torpaq sahəsi ayrılması xahişi ilə icra başçısı Arif Seyidova müraciət edib.
Ramil Səfərovun bu təşəbbüsünə müsbət yanaşılsa da, sonradan onun istəyi rədd edilib.
Məlumatda bildirilir ki, Ramil Səfərov ona veriləcək torpaq sahəsinin taleyi ilə bağlı icra başçısı Arif Seyidova telefon edib. Ancaq Arif Seyidovun “hələ bir müddət gözlə” cavabı zabitimizi məyus edib və torpaq almaq istəyindən vaz keçib. Bunu eşidən bəzi rayon sakinləri öz həyətyanı torpaq sahələrini Ramil Səfərova təklif ediblər.