Daxili işlər naziri Ramil Usubovun əmri ilə Ağdam rayon Dövlət Yol Polisi Bölməsinin rəisi Mübariz Həsənov vəzifəsindən azad edilib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin digər əmri ilə Məmmədov Rəşad Aydın oğlu yol polisi bölməsinin rəisi təyin olunub.
Yeni rəis bundan əvvəl Xocavənd rayon yol polisi bölməsinin rəisi vəzifəsində çalışıb.