Sabunçu rayonunda xəstəxanalardan birində ölüm hadisəsi baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Mağtağa qəsəbəsində yerləşən 1 nömrəli Respublika Psixatriya Xəstəxanasında qeydə alınıb.
Belə ki, xəstəxanada müayinə olunan 1975-ci il təvəllüdlü Lənkəran rayon sakini Nuriyev Cəmaləddin İsmayıl oğlu dünyasını dəyişib. Onun ağciyərin iltihabı xəstəliyindən vəfat etdiyi bildirilir.
C.Nuriyevin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
A.M.