Məşhur fotoqraf Reza Deqati işğaldan azad olunmuş Şuşa şəhərindən fotolar nümayiş etdirib.
O, bu barədə “Instagram” səhifəsində paylaşım edib.
“Qarabağ müharibəsinin coğrafiyası” başlıqlı paylaşımda sənət adamı Şuşanın tarixinə və coğrafiyasına da ekskurs edib:
“Onilliklər ərzində Əfqanıstanda, Yuqoslaviyada, Livan dağlarında döyüş bölgələrində olmuşam, amma Şuşa şəhəri kimi valehedici bir coğrafiyanı nadir hallarda görmüşəm.
1752-ci ildə Pənah Əli Xan tərəfindən Qarabağ Xanlığının paytaxtı olaraq qurulan və ən etibarlı qala hesab edilən Şuşa şəhəri Sovet İttifaqının süqutu zamanı 1992-ci ildə erməni qüvvələri tərəfindən işğal edildi. Demək olar ki, dəniz səviyyəsindən 1,3 kilometr hündürlükdə olan təbii divarı heç kim oradan hücum etməyə cürət edə biləcəyini düşünmürdü.
Azərbaycan qüvvələri bütün "mümkün olmayan yerlərdən" sürpriz hücumlar edərək, nəhayət 8 noyabrda imkansızı etdi.
Şuşanın süqutu erməniləri məğlubiyyət aktına imza atmağa məcbur edən səbəblərdən biri idi. Son fotoşəkil qayalarda şiddətli döyüşlərin getdiyini göstərir”.
View this post on Instagram
"Əfqanıstan" teqi üzrə xəbərlər
- Gecə saatlarında iki ölkədə güclü zəlzələ
- ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi
- Əfqanıstan sanksiyaların ləğvi üçün mineral ehtiyatlarını ABŞ-yə təklif edib
- "Taliban" nümayəndələri Almaniyaya gəldilər: Səfərin səbəbi AÇIQLANDI
- Marko Rubio ABŞ tarixindəki "qaranlıq ləkə"dən danışdı
Digər xəbərlər