Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Sabah yeddi itkin-şəhidin dəfn mərasimi keçiriləcək
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən daha 7 şəxsin meyitlərinin qalıqları dəfn ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.
Qeyd edilib ki, hərbçilər Elman Hüseyn oğlu Camalovun, Əbülfəz Əbülfət oğlu Əbilovun, Cavanşir Ərşad oğlu Hüseynovun və Tahir Şirin oğlu Şirinovun meyitlərinin qalıqları sabah Abşeron rayonu, Mehdiabad qəsəbəsində, hərbçi Camaləddin İbad oğlu İbrahimovun cənazəsi sabah saat 14:00-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan kəndində, hərbçi Qənbər Teymur oğlu Yarıyevin meyitinin qalıqları sabah saat 14:00-da Salyan rayonunun Şəhidlər xiyabanında, Təranə (Əsmayə) Davud qızı Zeynalovanın meyitinin qalıqları isə saat 16:00-da Bərdə şəhəri, Şəhidlər xiyabanında dəfn olunacaq.
"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Tovuzda Birinci Qarabağ müharibəsinin şəhidi Fuad Ələsgərov dəfn edilib
- Şəhid Sahil İbrahimovun qardaşı: "32 ildir ki, yolunu gözləyirdik"
- Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Sahil İbrahimov dəfn edildi
- I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
- Sabah I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq