Yeni dərs ilindən Bakı və Gəncə şəhərlərində peşə məktəblərinə şagird “ASAN peşə” pilot layihəsi çərçivəsində keçiriləcək.
Oxu.Az xəbər verir ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu layihəsini “Təhsil Nazirliyi və “ASAN xidmət” birgə işləyəcək.
Artıq avqustun 11-dən peşə məktəblərinə sənəd qəbulu başlayacaq.
Sənədlər Bakı və Gəncədəki “ASAN xidmət” mərkəzlərində qəbul ediləcək. Nazirlikdən bildiriblər ki, qəbulun nəticələri avqustun 26-da açıqlanacaq. Xatırladaq ki, 2015-2016-cı tədris ilində Bakı şəhərindəki 27 ilk peşə-ixtisas təhsil müəssisəsinə 4411 şagird, Gəncə şəhərlərindəki 6 ilk peşə-ixtisas təhsili müəssisəsinə 680 şagird qəbul olunub.