Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılmasının TƏFƏRRÜATI
Ötən gün "Toplum TV" işi üzrə həbs edilən jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb.
Oxu.Az "Trend"ə istinadən xəbər verir ki, məlumatlı mənbənin verdiyi məlumata görə, Ş.Bəylərqızı ona qarşı irəli sürülən bütün ittihamları qəbul edib.
Eyni zamanda, o, bütün sualları cavablandırıb və istintaqla əməkdaşlığa da razı olub.
Mənbə bildirib ki, bütün bunlar nəzərə alınaraq Ş.Bəylərqızı ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, fevralın 5-də həbs edilən Ş.Bəylərqızı qaçaqmalçılıq və digər cinayətlərdə ittiham edilir.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar