Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şair Abbas Abdulla 79 yaşında vəfat etdi - FOTO
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Abbas Abdulla vəfat edib.
Bu barədə Oxu.Az-a şairin oğlu Abdulla Acalov məlumat verib.
Bildirib ki, şair sentyabrın 4-də axşam saatlarında yaşadığı mənzildə (İzzət Nəbiyev 2B, mənzil 25) dünyasını dəyişib.
O, uzun sürən xəstəlikdən əziyyət çəkirdi.
Şair Abbas Abdulla bu gün saat 13:00-da Maştağada yerləşən Kəpənəkçi qəbiristanlığında dəfn ediləcək.
Kamil Əmirli, Elşad Mətləboğlu
Ən çox oxunanlar