Lerik rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
"Aprelin 7-də Lerik Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından çıxan 35 kV-luq "Hamarat" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Lerikin Bürsülüm, Əliabad, Hamarat, Rvarud, Veri kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.
Aprelin 7-də Culfa rayonunun 18 kəndində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) məlumat yayıb.
Bildirilib ki, fasilələr şəbəkədə aparılacaq planlı təmir-bərpa işləri ilə əlaqədardır:
"Enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki vəziyyətin yoxlanılması məqsədilə 35 kV-luq "Əbrəqunus" hava xəttində və eyniadlı yarımstansiyada gərginliyin açılması nəzərdə tutulub. Təmir işləri ilə əlaqədar olaraq saat 14:00-dan 16:00-dək rayonun Əbrəqunus, Xoşkeşin, Teyvaz, Ləkətağ, Milax, Ərəfsə, Bənəniyar, Göydərə, Saltaq, Əlincə, Xanəgah, Qazançı, Ərəzin, Boyəhməd, Gal, Şurud, Camaldın, Qızılca və Kırna kəndlərinə elektrik enerjisinin verilişi dayandırılacaq".