Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Salyana yağan qar elektrik enerjisinin verilişində çətinliklər yaradıb
Salyanda qarın yağması elektrik enerjisinin verilişində çətinliklər yaradıb.
“Report”un məlumatına görə, səhər saatlarında küləklə müşahidə olunan yağış axşam qara çevrilib. Bəzi yerlərdə qarın hündürlüyü 3-5 santimetrə çatıb.
Sakinlərin sözlərinə görə, küləklə müşahidə olunan qarın yağması bəzi transformatorları işlək vəziyyətindən çıxarıb. Nəticədə rayonun Şorsulu və Sarvan ərazi vahidliklərində enerjinin verilişində fasilələr yaranıb. Şəhər əhalisinin bir hissəsi işıqsız qalıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən transformatorlarda yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində işlər aparılır.
"Salyan" teqi üzrə xəbərlər
- Salyanda ərini doğramaqda təqsirləndirilən qadın sərbəst buraxıldı, oğlu saxlanıldı
- Azərbaycanda tanınmış həkimin qızı ilə bağlı dəhşətli iddia: Ərini öldürüb doğradı
- Salyanda ağır QƏZA: Avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin xilas EDİLDİ
- Azərbaycanda musiqiçi vəfat edib
- Baş prokuror 10 ay əvvəl Salyanda qətlə yetirilən ər və arvadın oğlu ilə görüşüb
Rəylər