Salyanda üç uşağın ağır xəsarət alması ilə nəticələnən hadisə baş verib.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, Salyan rayonunun Peyk kəndində Şamaxıdan qonaq gələn 2013-cü il təvəllüdlü Rasim Yunus oğlu Məmmədli, onun bacısı Şahanə Yunus qızı Məmmədli və 2012-ci il təvəllüdlü Osmanova Fatimə Mehdi qızı həyətdə oynayarkən su çəninin altında qalıblar.
Hadisə nəticəsində ciddi xəsarətlər alan uşaqlar dərhal xəstəxanaya çatdırılıblar, bacı-qardaşın vəziyyətinin ağır olduğu bildirilir.
İlkin tibbi yardım göstərildikdən sonra onlar paytaxt xəstəxanalarından birinə göndəriliblər.
S.B.
www.oxu.az