Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Oxu.Az xəbər verir ki, oktyabrın 18-də saat 09:10-da iki kişi və bir qadın müxtəlif bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Yaralılara zəruri tibbi yardım göstərilib.
Kəllə-beyin travması və baş nahiyəsində kəsilmiş-cırılmış yara diaqnozu qoyulan kişilərdən birinin vəziyyəti kritik ağır qiymətləndirilib. Həkimlərin apardığı reanimasiya tədbirlərinə baxmayaraq, o, saat 11:10 radələrində həyatını itirib.
Digər iki yaralının vəziyyəti qənaətbəxş qiymətləndirilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.