Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Salyanda dəhşətli qətlin təfərrüatı: Ərlə arvadın başını kəsib bağa atdılar - YENİLƏNİB + FOTO/VİDEO
Salyan rayonunun Kərimbəyli kəndində qətl hadisəsi baş verib.
1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı Münəvvər Məmmədova xüsusi amansızlıqla öldürülüblər.
Ər-arvadın meyiti yaşadıqları evin həyətində aşkarlanıb. Naməlum şəxs və ya şəxslər ərlə arvadın başını kəsib evin bağ sahəsinə atıblar.
Qətlə yetirilən şəxslərin yaxınları hadisə ilə bağlı Baku TV-yə açıqlama veriblər.
Ərlə arvadın qudası İ.Məmmədovun heç kimlə probleminin olmadığını bildirib:
“Çox gözəl, hamıya kömək edən insan idi. İşdə idim. Oğlum zəng etdi ki, ölüblər, gəl özünü çatdır”.
Onların digər qudası isə cinayəti törətməkdə heç kimdən şübhələnmədiklərini qeyd edib:
“Gəlib gördük ki, öldürüb üzlərini də örtüblər. Kimləsə düşmənlik olduğunu bilmirəm”.
“Ailəni 50 ildir tanıyıram. Heç kimlə konfliktləri yox idi”, - digər ailə yaxını deyib.

İlhamə Əbülfət