Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Salyanda qadın bacısını döydü, polis işə qarışdı
Salyanda qadın bacısını döyüb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, münaqişəyə səbəb mülk davası olub.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirib ki, Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbə sakini Sevinc Tarverdiyeva ötən ayın 27-də DİN-in "102" xidmətinə, 28-də isə Salyan Rayon Polis Şöbəsinə müraciət edərək Salyan rayonu ərazisində bacısı Aybəniz Tarverdiyeva tərəfindən döyülməsi barədə məlumat verib.
Daxil olan məlumatla əlaqədar müvafiq araşdırmalar aparılıb, tərəflərin və hal şahidlərinin izahatları alınıb, müvafiq tibbi ekspertiza təyin edilib. Aparılan araşdırmaların və ekspertizanın rəyindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Aytac Qasımova
"Xuliqanlıq əməli" teqi üzrə xəbərlər
- Elçilik dava ilə bitdi: Oğlanı polisə verdilər
- Paytaxt sakinini bıçaqlayan sabiq diplomat hakim qarşısında
- Parkda ər-arvadı döyənlərin işi: Özlərini polis kimi təqdim edib, nikah şəhadətnaməsi istəyiblər
- Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi məhkəmə qarşısına çıxarılıb
- Bakıda "TikTok"a görə qadın ofisiantı döyən restoran rəhbəri HƏBS EDİLDİ