Salyanda yol-nəqliyyat hadisəsində xəsarət alanların şəxsiyyəti məlum olub.
"Report"un məlumatına görə, qəzada xəsarət alanlar - Salyan rayon sakinləri, 1987-ci il təvəllüdlü Samir Ağayusif oğlu Bayramov, 2017-ci il təvəllüdlü Yusif Samir oğlu Bayramlı, 1982-ci il təvəllüdlü Böyükxanım Soltan qızı Əliyeva və 2012-ci il təvəllüdlü Samir Cavid oğlu Abdullayevdir.
Yaralılardan biri cərrahiyyə şöbəsində əməliyyat olunub.
Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
"Report"un məlumatına görə, hadisə axşam saatlarında Salyan şəhərindəki peşə liseyinin yaxınlığında baş verib.
İlkin məlumata əsasən, idarəetmədən çıxan minik avtomobili fərdi yaşayış evinə çırpılıb. Qəza nəticəsində dörd nəfərin yaralandığı bildirilir.
Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.