Bu gün Salyanda 2 azyaşlının ölümü ilə nəticələnən dəhşətli yanğın hadisəsinin təfərrüatları məlum olub.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Şorsulu kəndində Bəhrəmli Mübariz Novruz oğluna məxsus evdə yanğın başlayarkən ev sahibi işdə olub.
Belə ki, Salyandakı mal bazarında alverlə məşğul olan M.Bəhrəmli gedəndən sonra həyat yoldaşı tövlədə heyvanlara baxmağa gedib. Az sonra qadın evin tüstülədiyini görüb və qonşuları köməyə çağırıb. Evin arakəsmə və tavanında taxta və quru qamışdan çox istifadə edildiyindən ev sürətlə yanıb. Hadisə vaxtı yatmış vəziyyətdə olan 2012-ci il təvəllüdlü Bəhrəmli Fatimə və bacısı 2013-cü il təvəllüdlü Ceyranxanım yanaraq ölüblər.
Qeyd edək ki, mənzilin isidilməsində qazdan istifadə edilirmiş.
Faktla bağlı araşdırma aparılır.
***
11:26
Bu gün səhər saatlarında Salyan rayonu Şorsulu kənd sakini, Bəhrəmli Mübariz Novruz oğluna məxsus evdə yanğın baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, yanğın nəticəsində 2 azyaşlı - 2012-ci il təvəllüdlü Bəhrəmli Fatimə və onun bacısı 2013-cü il təvəllüdlü Ceyranxanım yanaraq ölüblər.
Faktla bağlı araşdırma aparılır.
***
10:38
Salyanın Boranıkənd kəndində baş vermiş yanğın zamanı 2 azyaşlı ölüb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, yanan evdə qalmış azyaşlıların cəsədləri içəridən çıxarılıb.
Qeyd edək ki, hadisə Novruz Mübariz oğlu Bəhrəmliyə məxsus evdə baş verib.
***
09:46
Salyanda yanğın hadisəsi baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Boranıkənd kəndində qeydə alınıb.
İlkin məlumata görə, 2 azyaşlı uşaq yanan evdə qalıb. Hələlik azyaşlıların sağ qalıb-qalmamaları barədə məlumat yoxdur.
A.M.