Salyan rayonunda ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi olub.
Oxu.Az xəbər verir ki, hadisə Bakı-Astara yolunun 42-ci kilometrliyində baş verib.
“VAZ-2107” markalı, 50-CC-042 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü, rayonun Həsənli kənd sakini, 1984-cü il təvəllüdlü Vəliyev Samil Ələşrəf oğlu hadisə yerində ölüb.
Yaralı olan Qardılı kənd sakini, 1958-ci il təvəllüdlü Şikarov İbad Bayramoğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Onu şəxsi xəstəxanaya aparan “Mercedes” markalı avtomobil rayonun Tale Davudzadə küçəsində işıq dirəyinə çırpılıb.
Daha sonra yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə barədə ilk xəbəri Report.az yayıb.
İlhamə Əbülfət
www.oxu.az