Yüngül çəkidə qaydasız döyüş üzrə çempion Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla keçirəcəyi titul döyüşündən 10 milyon dollardan çox pul qazanacaq.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Tofight” nəşri rusiyalı döyüşçünün agenti Əli Əbdül-Əzizə istinadla məlumat yayıb.
Qeyd edilib ki, bu məbləğ qarışıq döyüş növləri üzrə döyüşlərdə iştirak edən rus idmançıların qazancları arasında rekord olacaq.
Avqustun 19-da Nurməhəmmədov görüşlə bağlı fikirlərini bölüşüb. “Bu, UFC tarixində ən böyük döyüş olacaq. Azarkeşlər mənim qələbəmi gözləyirlər. Döyüş zamanı çox pul yığılacaq, çünki Konor çox məşhurdur”, - rusiyalı bildirib.
Rəylər