Salyanda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Məmmədov Elgün Elbrus oğlu və 1988-ciil təvəllüdlü Qədimov Rahim Muxtar oğlu müxtəlif xəsarətlər alıb.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.