Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Salyanın müalicəvi suları: üç günə sağal, get - VİDEO
Salyan rayonu müalicəvi isti suları və palçıq vulkanları ilə zəngindir.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Babazənan dağında isti sular yerin təkindən qaynayaraq üzə çıxır.
Buraya gələn xəstələr 3-10 gün müddətində müalicəvi isti sulardan və palçıq vulkanlardan istifadə etməklə şəfa tapırlar.
Tarixi mənbələrə görə, görkəmli alman alimi, akademik Vilhelm German Abex 1860-cı ildə Salyanda olub. O, Salyan isti sularının Avropanın ən məşhur Karlovı Varı kurortunun suyunun tərkibi ilə eyni olduğunu bidirib.
İsti sular hərəkət-dayaq sistemlərindəki problemləri, radikulit, revmatizm, xüsusilə qadınlarda ginekoloji xəstəlikləri müalicə etmək üçün əvəzsizdir.
Yerli sakinlərlə yanaşı, ətraf bölgələrdən, hətta xarici ölkələrdən buraya üz tutan xəstələr çoxdur.
Məşhur “Şır-şır”, eləcə də “Ayranlı” bulaqlarının suyunun da özünəməxsus müalicəvi əhəmiyyəti var. “Şır-şır” bulağı dəri xəstəliklərinin, “Ayranlı” bulağı isə baş ağrılarının müalicəsində əvəzsizdir.
Mütəxəssislərin fikrincə, ərazidə sanatoriyalar yaradılarsa, burada insanlara həm normal xidmət göstərilər, həm də bölgədə turizm inkişaf edər.
Rəylər