Azərbaycanın Şamaxı rayonunda zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən bildiriblər.
Məlumata görə, rayonda ilk zəlzələ avqustun 1-i saat 10:21-də Pirquludan 11 km cənubda qeydə alınıb.
3.10 maqnitudada, 6 km dərinlikdə baş verən zəlzələ Şamaxıda 3.0 bala qədər hiss olunub.
İkinci zəlzələ isə saat 11:56-da qeydə alınıb. Yeraltı təkanların maqnitudası 3, dərinliyi 9 km olub. Zəlzələ Şamaxıda 3.0 bala qədər hiss olunub.
Günorta vaxtlarında – daha dəqiqliklə, saat 15:46-da Şamaxıda Pirquludan 8 km cənubda üçüncü zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudasi 3.50, dərinliyi 7 km olub. Şamaxıda zəlzələ 3 bala qədər hiss olunub.
Tikililərdə dağıntılar yoxdur.
www.oxu.az