Samux sakini ot tayasından yıxılıb.
Oxu.Az "Unikal"a istinadla xəbər verir ki, rayonun Nəbiağalı qəsəbə sakini 1980-ci il təvəllüdlü A.Mürsəlov ot tayasının üstündən yerə yıxılaraq xəsarət alıb.
O, dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.