Daxili İşlər orqanları tərəfindən qanunsuz silah saxlayan şəxslərə qarşı əməliyyat keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Yenikənd kənd sakini B.Hüseynovdan müvafiq sənədləri olmayan TOZ-16 markalı tüfəng aşkar edilərək götürülüb.
İsmayıllı RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Laçın rayon sakini C.Quliyevdən müvafiq sənədləri olmayan İJ-20 markalı tüfəng aşkar edilərək götürülüb.