Samux rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Oxu.Az-ın regional bürosunun məlumatına görə, rayonun Əlibayramlı kəndində 3 yaşlı oğlan uşağı ehtiyatsızlıqdan quyuya düşərək ölüb. Onun 2016-cı il təvəllüdlü Suleymanov Rəsul Fərhad oğlu olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.